Sabah pensiyalar tam ödəniləcək

Sabah pensiyalar tam ödəniləcək
Yayınlanma tarixi: 2/19/2026 11:25:00 AM

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu sabah pensiyaların ödənilməsini yekunlaşdırmağı planlaşdırır.

Bu barədə "İslamazeri.com"a Fonddan məlumat verilib.

Bildirilib ki, fevralın 20-də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərə də ödəniş ediləcək.

1 yanvar 2026-cı ilə qədər təyin edilmiş bütün növ pensiyalar ilin əvvəlindən 9,3 % indeksləşdirilərək artırılıb.

Fevral ayının pensiyaları qeyd edilən artımlarla birgə ödəniləcək.

Həmçinin indeksləşdirmə üzrə yanvar ayının artımı fevral ayının pensiyasına əlavə olunacaq.

GÜNÜN MANŞETLERİ

Türkiyədə təlim zamanı helikopter qəzaya uğrayıb
REGİON / TÜRKİYƏ

Türkiyədə təlim zamanı helikopter qəzaya uğrayıb

4/22/2026 2:22:00 PM
Sabahın hava proqnozu açıqlanıb
ÖLKƏ / MÜXTƏLİF

Sabahın hava proqnozu açıqlanıb

4/22/2026 1:04:38 PM