Sabah yağış yağacaq, güclü külək əsəcək

Sabah yağış yağacaq, güclü külək əsəcək
Yayınlanma tarixi: 8/5/2026 1:24:26 PM

Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək.

Bakıda və Abşeron yarımadasında avqustun 6-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

İslamazeri.com xəbr verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, lakin səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 22-25° isti, gündüz 29-32° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 34-39° isti, dağlarda gecə 15-20° isti, gündüz 24-29° isti olacaq.

GÜNÜN MANŞETLERİ

İsrail Livanda quru əməliyyatına hazırlaşır
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanda quru əməliyyatına hazırlaşır

8/13/2026 4:06:16 PM
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
ÖLKƏ / MÜXTƏLİF

FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib

8/13/2026 3:27:24 PM
İsrail Livandakı yaşayış məntəqələrini sistemli şəkildə dağıdır
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livandakı yaşayış məntəqələrini sistemli şəkildə dağıdır

8/13/2026 3:24:17 PM
Sabahdan 6 yeni ekspres marşrutu fəaliyyətə başlayır
ÖLKƏ / MÜXTƏLİF

Sabahdan 6 yeni ekspres marşrutu fəaliyyətə başlayır

8/13/2026 3:08:36 PM