Sabah yağış yağacaq

Sabah yağış yağacaq
Yayınlanma tarixi: 8/10/2026 12:15:23 PM

Sabah yağış yağacaq.

Bakıda və Abşeron yarımadasında avqustun 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

İslamazeri.com xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-25° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların güclənəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 32-36° isti, dağlarda gecə 14-19° isti, gündüz 21-26° isti olacaq.

GÜNÜN MANŞETLERİ

İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 4335-ə çatıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 4335-ə çatıb

8/10/2026 12:52:16 PM
Sabah yağış yağacaq
ÖLKƏ / MÜXTƏLİF

Sabah yağış yağacaq

8/10/2026 12:15:23 PM
İran: İsrail bölgədəki ən böyük təhdiddir
REGİON / İRAN

İran: İsrail bölgədəki ən böyük təhdiddir

8/10/2026 11:36:08 AM