Sabaha gözlənilən hava proqnozu

Sabaha gözlənilən hava proqnozu
Yayınlanma tarixi: 2/9/2023 12:49:28 PM

Fevralın 10-na gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "İslamazeri.com"a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında gecə saatlarında arabir qar yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 1-3° şaxta, gündüz 1-3° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 777 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Arabir duman. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti, dağlarda gecə 12-17° şaxta, gündüz 2-7° şaxta olacaq. Yollar buz bağlayacaq.

GÜNÜN MANŞETLERİ

İsraildə yaralananların sayı 8500-ü keçib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsraildə yaralananların sayı 8500-ü keçib

5/2/2026 10:00:32 AM
İsrail Livanda atəşkəsi pozmağa davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanda atəşkəsi pozmağa davam edir

5/1/2026 5:17:24 PM