Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb
Yayınlanma tarixi: 4/20/2023 1:12:26 PM

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında aprelin 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "İslamazeri.com"a verilən məlumata görə, lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub küləyi axşama doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 9-13° isti, günün birinci yarısında 14-19°, bəzi yerlərdə 21°-dək isti, axşama doğru isə şimal-qərb küləyinin güclənməsi ilə əlaqədar temperatur 4-5° aşağı enəcək.

Atmosfer təzyiqi 754 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında gündüz şimal və qərb rayonlarında, gün ərzində isə digər ərazilərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 8-12° isti, gündüz 17-22°, bəzi yerlərdə 25°-dək isti, dağlarda gecə 2-7° isti, gündüz 8-13° isti olacaq.

GÜNÜN MANŞETLERİ

Almaniya Hörmüz boğazında hərbi əməliyyata hazırlaşır - ŞOK İDDİA
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Almaniya Hörmüz boğazında hərbi əməliyyata hazırlaşır - ŞOK İDDİA

4/26/2026 1:52:36 PM
Güclü külək əsəcək, yağış yağacaq - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Güclü külək əsəcək, yağış yağacaq - PROQNOZ

4/26/2026 1:40:01 PM
Əraqçi Oman sultanı ilə görüşüb
DÜNYA / SİYASƏT

Əraqçi Oman sultanı ilə görüşüb

4/26/2026 12:46:41 PM
Makron: Tramp Avropanın əleyhinə hərəkətlər edir
DÜNYA / MARAQLI

Makron: Tramp Avropanın əleyhinə hərəkətlər edir

4/26/2026 11:32:54 AM
Trampın qatıldığı tədbirdə silahlı hücum
DÜNYA / MARAQLI

Trampın qatıldığı tədbirdə silahlı hücum

4/26/2026 10:51:49 AM