Sabahın HAVA PROQNOZU

Sabahın HAVA PROQNOZU
Yayınlanma tarixi: 1/14/2026 12:46:01 PM

Azərbaycanda yanvarın 15-də havanın fasilələrlə yağıntılı keçəcəyi gözlənilir.

İslamazeri.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında fasilələrlə yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-3° isti, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2° şaxtdan 3°-dək isti, gündüz 4-8° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 11-16° şaxta, gündüz 2-5° şaxta olacaq.

GÜNÜN MANŞETLERİ

Əhmədinejad sağdır
REGİON / İRAN

Əhmədinejad sağdır

3/1/2026 11:48:43 PM
İlahi rəhbərlərin qanı  cihad yolunu əbədiləşdirir - Əl-Husi
DÜNYA / İSLAM DÜNYASI

İlahi rəhbərlərin qanı cihad yolunu əbədiləşdirir - Əl-Husi

3/1/2026 11:00:01 PM
İsrail senzurası məlumat sızmasını saxlaya bilmir: İFLİC...
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail senzurası məlumat sızmasını saxlaya bilmir: İFLİC...

3/1/2026 9:44:01 PM