Şagird yerdəyişməsi müvəqqəti dayandırılacaq - SƏBƏB

Şagird yerdəyişməsi müvəqqəti dayandırılacaq - SƏBƏB
Yayınlanma tarixi: 1/6/2026 11:27:48 AM

2025-2026-cı tədris ilinin birinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi yanvarın 8-i saat 15:00-dan etibarən müvəqqəti dayandırılacaq.

"İslamazeri.com" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Bildirilib ki, tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq 11-ci siniflər üzrə yerdəyişmə prosesi 8 yanvar 2026-cı il tarixindən tədris ilinin sonunadək aktiv edilməyəcək. Məktəbəhazırlıq qrupları və 1–10-cu siniflər üzrə yerdəyişmə prosesinin yenidən aktivləşdiriləcəyi tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, 13 yanvar 2026-cı il saat 15:00-a qədər təsdiqlənmiş sorğular üzrə tələb olunan müvafiq sənədlər ümumi təhsil müəssisələrinə təqdim edilməlidir. Göstərilən tarixədək tamamlanmayan sorğular və növbələr sistem tərəfindən avtomatik olaraq ləğv ediləcək.

GÜNÜN MANŞETLERİ

Əhmədinejad sağdır
REGİON / İRAN

Əhmədinejad sağdır

3/1/2026 11:48:43 PM
İlahi rəhbərlərin qanı  cihad yolunu əbədiləşdirir - Əl-Husi
DÜNYA / İSLAM DÜNYASI

İlahi rəhbərlərin qanı cihad yolunu əbədiləşdirir - Əl-Husi

3/1/2026 11:00:01 PM
İsrail senzurası məlumat sızmasını saxlaya bilmir: İFLİC...
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail senzurası məlumat sızmasını saxlaya bilmir: İFLİC...

3/1/2026 9:44:01 PM