Şagirdlərə saç rəngini dəyişmək və dar geyinmək qadağan oluna bilər

Şagirdlərə saç rəngini dəyişmək və dar geyinmək qadağan oluna bilər
Yayınlanma tarixi: 10/20/2022 3:15:10 PM

Uzun saçları olan şagirdlərə saçı açıq şəkildə məktəbə gəlməyə icazə verilməyə bilər.

İslamazeri.com xəbər verir ki, bu barədə "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları" ilə bağlı layihədə qeyd olunub.

Həmçinin bildirilib ki, şagirdlər şəxsi gigiyena qaydalarına riayət etməli; dərs zəngindən əvvəl üst geyimi (palto, papaq, kapüşonlu jaket və s.) çıxarmalı; ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarına aid qaydalara riayət etməli (məktəbli forması, ayaqqabı və s.); geyim səliqəli və təmiz olmalı; uzunluğu çiyindən aşağı olan saçları səliqəli şəkildə arxadan toplamalı; fiziki tərbiyə dərsləri üçün məktəbin geyim qaydalarına riayət etməlidirlər.

Qaydalarda eyni zamanda şagirdlərə qadağan olunan məsələlər də əksini tapıb. Qeyd edilib ki, şagirdlərə çox dar geyim, hündürdaban ayaqqabı, dizdən yuxarı olan ətək, zinət əşyası və bahalı saat kimi aksesuarlar, qeyri-adi saç düzümü və saç rəngi, uzun və rəngli dırnaqlar, makiyaj, saqqal qadağandır.

Ümumi təhsil müəssisələrindən yuxarıda qeyd olunanlara bağlı daxili qaydalar tərtib etmələri tələb olunur.

GÜNÜN MANŞETLERİ

İsrailin Qəzza qətliamı davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailin Qəzza qətliamı davam edir

3/16/2026 5:34:50 PM
İran raketləri Təl-Əvivi vurdu: 24 saat ərzində 142 nəfər yaralandı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran raketləri Təl-Əvivi vurdu: 24 saat ərzində 142 nəfər yaralandı

3/16/2026 4:16:22 PM
Azərbaycanda pensiya alanların sayı açıqlanıb
ÖLKƏ / MÜXTƏLİF

Azərbaycanda pensiya alanların sayı açıqlanıb

3/16/2026 3:12:05 PM
Sabah hava necə olacaq? - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Sabah hava necə olacaq? - PROQNOZ

3/16/2026 2:10:01 PM
ABŞ-İsrail Həşdi-Şabini hədəfə aldı: Ölən və yaralananlar var
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

ABŞ-İsrail Həşdi-Şabini hədəfə aldı: Ölən və yaralananlar var

3/16/2026 1:30:03 PM