Sahibə Qafarova Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri ilə görüşüb

Sahibə Qafarova Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri ilə görüşüb
Yayınlanma tarixi: 10/31/2022 5:52:06 PM

Oktyabrın 31-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Aleksandr Belskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "İslamazeri.com"a verilən xəbərə görə, görüşdə qarşılıqlı səfərlərin əhəmiyyətindən danışılıb, cari ildə Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün tamam olduğu xatırlanıb, iki ölkə arasında əməkdaşlığın inkişafında dövlət başçılarının şəxsi münasibətlərinin rolu vurğulanıb.

Söhbət zamanı qarşılıqlı münasibətlərdə siyasi, iqtisadi, humanitar, parlamentlərarası əməkdaşlığın, iki ölkənin regionları arasında münasibətlərin əhəmiyyəti vurğulanıb.

Görüşdə Milli Məclisin həm Federasiya Şurası, həm də Dövlət Duması ilə qarşılıqlı münasibətləri, beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlıq, parlamentlərarası dostluq qruplarının fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.

Tədbirdə Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov və digər rəsmi şəxslər iştirak ediblər.

GÜNÜN MANŞETLERİ

Husilər İrana dəstək olaraq müharibəyə qoşulacaqlarmı?
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Husilər İrana dəstək olaraq müharibəyə qoşulacaqlarmı?

3/16/2026 12:30:01 AM
Livan Hizbullahının son 3 saat ərzində əməliyyatları - XÜLASƏ
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Livan Hizbullahının son 3 saat ərzində əməliyyatları - XÜLASƏ

3/16/2026 12:16:01 AM
İran İsrailin ultra-məxfi bölməsini raketlə vurdu
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran İsrailin ultra-məxfi bölməsini raketlə vurdu

3/16/2026 12:02:16 AM