Səadət Partiyasının sədri: İrana edilən hücum Türkiyəyə mesajdır...

Səadət Partiyasının sədri: İrana edilən hücum Türkiyəyə mesajdır...
Yayınlanma tarixi: 2/28/2026 11:11:29 PM

“Dost və qardaş İran xalqının imperialist və sionist hücumları dəf edəcəyinə inanır, İslam dünyasına birlik çağırışımızı bir daha təkrarlayırıq.” - Səadət Partiyası

İslamazeri.com xəbər verir ki, Türkiyənin Səadət Partiyasının sədri və Kayseri millət vəkili Mahmut Arıkan açıqlama yayıb.
“Sionist İsrail və onun himayədarı ABŞ tərəfindən İrana qarşı başladılan alçaq hücumları qınayıram. Bu hücumların məqsədi bölgədəki bütün dövlətləri zəiflik və xaosa sürükləmək, ölkələri sabitsizləşdirmək və regionu qan gölünə çevirməkdir.”, -deyə Arıkan bildirib.

Arıkan deyib ki, İsrail son bir il ərzində bir çox ölkəyə hücum edib və “guya ‘Arz-ı Mevud Planı’ və Böyük İsrail Layihəsi naminə mülki şəxsləri belə hədəf almaqdan çəkinməyəcəyini bir daha göstərib.”

Bütün region ölkələrinə çağırış edən Arıkan bildirib:

“Bu gözü dönmüş vəhşiliyə qarşı birlik olunmalı və cəsarətli addımlar atılmalıdır.”

Arıkan Türkiyəyə də müraciət edərək hökumətin Kürecik və İncirlik bazalarını bağlamalı olduğunu müdafiə edib.

O əlavə edib: “ABŞ və İsrailin beynəlxalq hüququ tapdalayan bu hücumlarına ortaq olunmamalıdır.”

Arıkan İrana qarşı hücumun Türkiyə üçün də təhdid anlamı daşıdığını bildirərək deyib: “İrana edilən hücum əslində gələcəkdə Türkiyəyə yönələcək təhdidin xəbərçisidir.”

Açıqlamasının sonunda Arıkan İran xalqına dəstək mesajı verib:
“Dost və qardaş İran xalqının imperialist və sionist hücumları dəf edəcəyinə inanır, İslam dünyasına birlik çağırışımızı bir daha təkrarlayırıq.”

GÜNÜN MANŞETLERİ

İran Hörmüz boğazını bağladı
REGİON / İRAN

İran Hörmüz boğazını bağladı

2/28/2026 10:49:28 PM
Ayətullah Xamenei hərbi əməliyyat otağındadır
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Ayətullah Xamenei hərbi əməliyyat otağındadır

2/28/2026 10:00:01 PM