ABŞ senatoru: Amerika zəifləyib, İran güclənib.
İslamazeri.com xəbər verir ki, Konnektikut senatoru Kris Merfi prezident Donald Trampı İranla müharibəni birdəfəlik bitirəcək bir razılığa gələ bilmədiyinə görə sərt tənqid edərək deyib: "Amerika artıq məğlub edilib".
Merfi bildirib ki, ABŞ-ı bu münaqişədən çıxarmaq üçün Trampın "çox pis" bir razılaşmanı qəbul etməli olacağı getdikcə daha aydın olur.
Senator bildirib ki, masadakı seçim "çox pis bir razılaşma" olsa belə, bu mərhələdə müharibəni bitirmək üçün edilən hər hansı bir səyi dəstəkləyəcək.
O, həmçinin bildirib ki, əgər ABŞ-ın üzləşdiyi qısamüddətli iqtisadi çətinlikləri aradan qaldıracaqsa, o və digər Demokratlar hətta "pis" adlanan razılaşmanı da dəstəkləməlidirlər.
Eyni zamanda, Merfi Tramp administrasiyasının daha əlverişli şərtlər təklif etməkdə tamamilə aciz olduğunu bildirib və əlavə edib:
"Boğazların yenidən açılmasının dəyəri hər gün artır. Hazırda müzakirə olunan razılaşma boğazların yenidən açılması müqabilində İrana hər il yüz milyard dollar ödəməyi nəzərdə tutur.Bu məbləğ İranın bütün iqtisadiyyatının üçdə birinə bərabərdir."