SEPAH: ABŞ-ın 5-ci Donanmasının qərargahı raket və dronlarla hədəfə alınıb

SEPAH: ABŞ-ın 5-ci Donanmasının qərargahı raket və dronlarla hədəfə alınıb
Yayınlanma tarixi: 6/3/2026 10:00:28 AM

ABŞ-ın 5-ci Donanmasının qərargahı raket və dronlarla hədəfə alınıb.

İslamazeri.com xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusu, ABŞ-ın İran neft tankerinə və rabitə qurğusuna hücumuna cavab olaraq ABŞ-ın 5-ci Donanmasının qərargahını və bölgədəki bir hava bazasını raket və dronlarla hədəf aldığını açıqlayıb.

İran İnqilab Keşikçiləri Korpusu tərəfindən yayımlanan açıqlamada ABŞ-ın Hörmüz boğazı yaxınlığında bir İran neft tankerini hava hücumu ilə vurduğu və gəminin mühərrik otağına ziyan vurduğu bildirilib.

Bəyanatda əlavə edilib ki, bu hücuma cavab olaraq ABŞ ilə əlaqəli bir gəmi İran Hərbi Dəniz Qüvvələrinin raket zərbəsi ilə hədəf alınıb.

İnqilab Keşikçiləri Korpusu həmçinin ABŞ-ın İranın cənubundakı Qeşm adası yaxınlığında bir rabitə qurğusuna yeni bir hücum həyata keçirdiyini açıqlayıb. Buna cavab olaraq, bölgədəki bir hava və vertolyot bazası, eləcə də ABŞ-ın 5-ci Donanmasının qərargahı İnqilab Keşikçiləri Aerokosmik Qüvvələri tərəfindən raket və dronlarla hədəf alınıb.

Bəyanatda xatırladılıb ki, İran əvvəllər hər hansı potensial hücumlara daha sərt cavab veriləcəyi barədə xəbərdarlıq etmiş və Hörmüz boğazının təhlükəsizliyini təhdid etməyin ABŞ üçün ciddi nəticələrə səbəb olacağı bildirilib.

GÜNÜN MANŞETLERİ

Qədir Xum və
DİN

Qədir Xum və "Mövla" kəlməsi

6/3/2026 6:00:02 PM
Qədir Xum bayramının ƏMƏLLƏRİ
DİN

Qədir Xum bayramının ƏMƏLLƏRİ

6/3/2026 5:33:29 PM
Sabah hava necə olacaq? - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Sabah hava necə olacaq? - PROQNOZ

6/3/2026 2:04:14 PM