SEPAH ABŞ-ın hərbi hava bazasına zərbə endirib

SEPAH ABŞ-ın hərbi hava bazasına zərbə endirib
Yayınlanma tarixi: 5/28/2026 11:05:10 AM

SEPAH ABŞ-ın hərbi hava bazasına zərbə endirib.

İslamazeri.com xəbər verir ki, SEPAH ABŞ-ın hərbi hava bazasına zərbə endirdiyini bəyan edib
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusuna məxsus hərbi hava bazasının hədəf alındığını bildirib. Bu barədə məlumat SEPAH-ın İctimaiyyətlə Əlaqələr Şöbəsinin yaydığı rəsmi bəyanatda yer alıb.
Bəyanatda qeyd olunur ki, ABŞ ordusunun Bəndər-Abbas hava limanı yaxınlığındakı bir nöqtəyə havadan zərbələr endirməsinə cavab olaraq, yerli vaxtla saat 04:50-də hücumun həyata keçirildiyi ABŞ hərbi hava bazası hədəfə alınıb.
Hərbi qurum bu addımı qarşı tərəfə ciddi xəbərdarlıq kimi qiymətləndirib və hər hansı təcavüzün cavabsız qalmayacağını bəyan edib. Bildirilib ki, insidentin təkrar olunacağı təqdirdə cavab tədbirləri daha kəskin xarakter daşıyacaq və baş verəcək fəsadlara görə məsuliyyət tamamilə ABŞ tərəfinin üzərinə düşür.

GÜNÜN MANŞETLERİ