"İranın Ali Rəhbərinin qisasını onu öldürənlərdən alacağıq."
İslamazeri.com xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranın Ali Rəhbəri Seyid Əli Xameneinin qisasının alınacağını bəyan edib.
Bu barədə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun yaydığı xüsusi açıqlamada bildirilib.
Açıqlamada qeyd olunub: “Biz İranın Ali Rəhbərinin qisasını onu öldürənlərdən alacağıq. İran silahlı qüvvələri öz liderinin yolunu davam etdirəcək və İslam Respublikasına hücum edənləri cəzalandıracaq”.
SEPAH bəyanatında əlavə olaraq bildirilib ki, ölkənin müdafiə strukturları hazır vəziyyətdədir və qarşı tərəfə cavab veriləcək.