Bəyanatda həmçinin xəbərdarlıq edilib ki, mülki və neft sənayesi obyektlərinin hədəf alınması regionun bütün enerji infrastrukturunu risk altına qoyur
İslamazeri.com xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) Aerokosmik Qüvvələri tərəfindən yayılan bəyanatda, ABŞ və İsrailin neft-kimya sənayesi obyektinə etdiyi hücuma cavab olaraq, Hayfada yerləşən bənzər sənaye müəssisələrinə raket zərbələri endirildiyi bildirilib.
Sepah-ın bəyanatında qeyd olunur:
"ABŞ və İsrail tərəfinin neft-kimya müəssisəsinə qarşı hərbi addımlarına cavab olaraq, Hayfada yerləşən sənaye obyektlərinə raket zərbələri endirilmişdir."
Bəyanatda həmçinin xəbərdarlıq edilib ki, mülki və neft sənayesi obyektlərinin hədəf alınması regionun bütün enerji infrastrukturunu risk altına qoyur və bu vəziyyətin qlobal iqtisadiyyata mənfi təsirlərinə görə məsuliyyət ABŞ-ın üzərinə düşür.
Hesabatda qeyd olunur ki, İsrailin hərbi mərkəzlərində baş verən partlayışlar və həyata keçirilən son hücumlar ölkənin çoxlaylı raketdən müdafiə sistemində əməliyyat çətinlikləri yaratdığını göstərir.
Bu hərbi əməliyyatların Tel-Əviv tərəfindən 8 aprel 2026-cı il tarixli atəşkəs razılaşmasının pozulmasına, Livanın cənubunda və Beyrutda hərbi fəaliyyətlərin davam etdirilməsinə, həmçinin enerji nəqliyyat xətlərində baş verən insidentlərə cavab olaraq həyata keçirildiyi vurğulanır. Bu addımın regionda, xüsusilə Aralıq dənizindən Fars körfəzinə qədər olan ərazidə yeni hərbi mütənasiblik formalaşdırdığı ifadə edilir.