SEPAH: Hər hansı hücum zamanı bu yerlərin hamısı təcavüzkarlar üçün qəbiristanlığa çevriləcək!
İslamazer.com xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusu (İİKK) Hərbi Dəniz Qüvvələrinin Siyasi İşlər Departamentinin rəis müavini Məhəmməd Əkbərzadə bildirib ki, ABŞ daha bir hərbi hücuma keçərsə, İran Oman körfəzindən Fars körfəzinə qədər uzanan sahil xəttini "təcavüzkarlar üçün qəbiristanlığa" çevirəcək.
Əkbərzadə İran silahlı qüvvələrinin tam hazır olduğunu və yeni bir müharibə ehtimalının az olduğunu iddia edib. "Bu gün döyüşçülərimiz ürəklərində düşmənlə üz-üzə döyüşmək arzusunu daşıyırlar", - deyə o, ABŞ-ın Hörmüz boğazı ilə bağlı strateji uğursuzluğa düçar olduğunu əlavə edib.
İran rəsmisi bildirib ki, "Onlar Hörmüz boğazını yenidən aça biləcəklərini dedilər, amma bütün səylərinə baxmayaraq, uğursuz oldular". Əkbərzadə həmçinin deyib: "Amerikalılar İranla təhdid tonu ilə danışa biləcəklərini düşünürlər, amma hələ də iranlılarla bu cür danışmağın lazım olmadığını öyrənməyiblər".