SEPAH Hörmüz boğazında üç tankeri vurduğunu açıqlayıb

SEPAH Hörmüz boğazında üç tankeri vurduğunu açıqlayıb
Yayınlanma tarixi: 7/29/2026 11:38:24 AM

İnqilab Keşikçiləri Ordusu Hörmüz boğazında üç tankeri vurduğunu açıqlayıb.

İslamazeri.com xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Komandanlığı 53 nömrəli açıqlamada Hörmüz boğazında üç tankerin vurulduğunu və saxlanıldığını açıqlayıb.

Rəsmi açıqlamada xalqın 150 gündür ki, müqavimət və millətin iradəsini nümayiş etdirərək ərazidə olduğu bildirilib.

Orada qeyd olunur ki, dəniz qüvvələri Hörmüz boğazı üzərində tam nəzarəti davam etdirir.

Bəyanatda vurulan gəmilərin vəziyyəti ilə bağlı aşağıdakılar yer alıb:

"Bir neçə saat əvvəl xəbərdarlıqlarımızı qulaqardına vuraraq təhlükəli və qanunsuz marşrutda fəaliyyət göstərməyə davam edən üç qayda pozan tanker vurulub saxlanıldı."

Bəyanatın son hissəsində İnqilab Keşikçiləri Dəniz Qüvvələri ABŞ ordusuna etdiyi xəbərdarlığı təkrarlayaraq bildirib:

"ABŞ ordusunun bölgədəki dəniz gəmilərimizə əmr vermək cəhdləri və qanunsuz müdaxiləsi cavabsız qalmayacaq."

GÜNÜN MANŞETLERİ