SEPAH: Raket və PUA ehtiyatlarını sürətlə artırırıq

SEPAH: Raket və PUA ehtiyatlarını sürətlə artırırıq
Yayınlanma tarixi: 4/20/2026 11:49:33 AM

SEPAH raket və PUA ehtiyatlarını sürətlə artırır.

İslamazeri.com xəbər verir ki, İran hərbçiləri raket və pilotsuz uçuş aparatlarının ehtiyatlarını operativ şəkildə doldurur.

“Tasnim” agentliyinin məlumatına əsasən, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin komandanı Məcid Musəvi bildirib.

“Atəşkəs rejiminin qüvvədə olduğu müddətdə biz raket və dron arsenallarını müharibədən əvvəlkinə nisbətən daha sürətlə doldura bildik”, – o qeyd edib.

Musəvinin sözlərinə görə, ABŞ və İsrail öz silah ehtiyatlarını eyni sürətlə bərpa edə bilmir və buna görə də dünyanın tamamilə başqa hissələrində saxlanılan silahları təcili olaraq Yaxın Şərqə daşımağa məcburdur.

GÜNÜN MANŞETLERİ