Səudiyyə Ərəbistanının Yəmənə hücumları davam edir

Səudiyyə Ərəbistanının Yəmənə hücumları davam edir
Yayınlanma tarixi: 1/23/2023 11:24:23 AM

Səudiyyə Ərəbistanının Şida qəsəbəsinə artilleriya hücumları nəticəsində iki mülki vətəndaşın həyatını itirdiyi açıqlanıb.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, Yəməndə atəşkəsə baxmayaraq, Səudiyyə Ərəbistanının bazar günü səhər saatlarında Yəmənin şimal şəhərlərindəki sərhəd bölgələrinə hücumları iki yəmənli mülki şəxsin həyatını itirməsi ilə nəticələnib.

Bildirilib ki, İşğalçı Səudiyyə qüvvələri dünən dəfələrlə Yəmənin Səada vilayətinin şimalında yerləşən Şida sərhəddindəki qəsəbəyə dəfələrlə artilleriya hücumu həyata keçirib və indiyədək bu hücumlarda 2 mülki şəxs həlak olub.

Səudiyyə Ərəbistanı 26 mart 2015-ci il tarixindən etibarən bəzi mürtəce ərəb ölkələri ilə koalisiya quraraq bu ölkənin qaçaq və devrilmiş prezidenti Əbd Rəbbuh Mənsur Hadini yenidən hakimiyyətə gətirmək üçün ən yoxsul ərəb ölkəsi olan Yəmənə hücumlara başlatmışdır. Bu prosesdə əksəriyyəti uşaq və mülki vətəndaşlar olmaqla 47 mindən çox Yəmən vətəndaşı ölüb və ya yaralanıb.

GÜNÜN MANŞETLERİ

Netanyahunun son videosunu Süni İntelekt hazırlayıb?
DÜNYA / TEXNOLOGİYA

Netanyahunun son videosunu Süni İntelekt hazırlayıb?

3/14/2026 12:58:35 AM
ABŞ iştirak etdiyi bütün müharibələrdə uduzub
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

ABŞ iştirak etdiyi bütün müharibələrdə uduzub

3/14/2026 12:40:01 AM