Səudiyyədən növbəti ölüm hökmü: 3 nəfər edam ediləcək

Səudiyyədən növbəti ölüm hökmü: 3 nəfər edam ediləcək
Yayınlanma tarixi: 10/10/2022 12:24:29 PM

Səudiyyə məhkəməsi Neom layihəsinə yer açmaq üçün zorla qovulan qəbilənin üç üzvünü ölüm cəzasına məhkum edib.

İslamazeri.com xəbər verir ki, Ərəbistanın vəliəhdi şahzadəsi Məhəmməd Bin Salman 2030-cu il perspektivi çərçivəsində 500 milyard dollarlıq NEOM nəhəng iqtisadi zona layihəsini 26,5 min kvadrat kilometr sahədə həyata keçirməyə çalışır. 

Əl-Qist insan haqları təşkilatı bildirib ki, Səudiyyə Ərəbistanının Cinayət Məhkəməsi Şadli Əl-Hoveyti, Ətaullah Əl-Hoveyti və İbrahim Əl-Hoveyti haqqında ölüm hökmü çıxarıb. Bu üç nəfər daha əvvəl NEOM ayihəsinin həyata keçirilməsi üçün evlərini tərk etmək istəmədiklərini bildirmişdilər. 

Bu üç nəfərin edam hökmü Əl-Hüveyti ailəsinin bəzi üzvlərinə həbs cəzası verildikdən bir ay sonra verilib. Onlardan bəziləri 50 il müddətinə azadlıqdan məhrum edilib.

GÜNÜN MANŞETLERİ

Əraqçi: İran bu hücumlara mütləq cavab verəcək
REGİON / İRAN

Əraqçi: İran bu hücumlara mütləq cavab verəcək

3/14/2026 9:52:22 PM
İranlı deputatdan Ukraynaya xəbərdarlıq
REGİON / İRAN

İranlı deputatdan Ukraynaya xəbərdarlıq

3/14/2026 8:16:40 PM
İsrailli general: Amerika bataqlığa sürükləndi
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailli general: Amerika bataqlığa sürükləndi

3/14/2026 8:01:39 PM