Seysmoloqlar: Türkiyədəki zəlzələlər olduqca qeyri-adidir

Seysmoloqlar: Türkiyədəki zəlzələlər olduqca qeyri-adidir
Yayınlanma tarixi: 2/9/2023 2:05:41 PM

Alimlər Türkiyədəki güclü zəlzələlərin dövriliyini olduqca qeyri-adi hesab edir.

Mərkəzi Türkiyənin Qəhrəmanmaraş əyalətində olan ikiqat zəlzələ qlobal seysmik təzahürlər miqyasında “olduqca qeyri-adidir“.

İslamazeri.com AA-ya istinadən xəbər verir ki, bu fikri professor Pol Martin May səsləndirib.

O xatırladıb ki, mərkəzi Elbistan rayonunda olan 2-ci yeraltı təkan mərkəzi eyni əyalətin Pazarcık rayonunda olan ilk zəlzələnin afterşoku olub.

Alimin sözlərinə görə, 7,6 bal gücündəki 2-ci güclü zəlzələ ilk zəlzələdən bir neçə saat sonra baş verib, bu isə qlobal təbii hadisələr miqyasında “olduqca qeyri-adi” bir haldır. Bu cür hal həmçinin “ikili zəlzələlər” də adlandırılır.

İkinci zəlzələnin episentri birincindən 100 km məsafədə yerləşib. Bu o deməkdir ki, ikinci zəlzələ birincinin afterşoku olmayıb. Hər zəlzələnin öz afterşokları olub“, – deyə May qeyd edib.

O vurğulayıb ki, afterşoklar xilasedicilər, tibb işçiləri, təhlükəsizlik qüvvələri və vətəndaşlar üçün təhlükələr yaradır.

Yapon seysmoloq Morivaki Yoşinori bildirib ki, Qəhrəmanmaraşdakı zəlzələ 1939-cu ildə Ərzurumda baş vermiş zəlzələdən sonra ölkə tarixinin ən güclü zəlzələsidir.

Yoşinori əlavə edib ki, Türkiyə ərazisindəki qırıntı xətləri hərəkətə gəlib.

Bu, 3 il öncə Silivri rayonundan başlayıb. Bu illər ərzində Elazığ, Bingöl, Muğla və İzmirdə çox sayda zəlzələlər baş verib. Söhbət hərəkətə keçən 6 plitədən gedir“, – deyə o vurğulayıb.

Yoşinori deyib ki, baş verənlərdən dərs götürmək və önləyici tədbirlər görmək lazımdır.

GÜNÜN MANŞETLERİ

Möhürlə namaz qılmaq olarmı?
DİN

Möhürlə namaz qılmaq olarmı?

7/28/2026 4:07:54 PM
Azərbaycanın Qazaxıstandakı səfiri geri çağırılıb
ÖLKƏ / SİYASƏT

Azərbaycanın Qazaxıstandakı səfiri geri çağırılıb

7/28/2026 3:18:37 PM
Vladimir Putin İlham Əliyevə zəng edib
ÖLKƏ / SİYASƏT

Vladimir Putin İlham Əliyevə zəng edib

7/28/2026 1:00:30 PM
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
ÖLKƏ / MÜXTƏLİF

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

7/28/2026 12:26:36 PM