Şirvanda doğuş zamanı ölümə görə həkimə cinayət işi açılıb

Şirvanda doğuş zamanı ölümə görə həkimə cinayət işi açılıb
Yayınlanma tarixi: 10/13/2022 1:38:22 PM

Sabirabad rayon sakini Elnurə Binyətovanın 08.08.2022-ci il tarixdə “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Ginekologiya və doğum şöbəsində doğduğu yenidoğulmuş uşağının ölməsi faktı ilə bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılıb.

Şirvan şəhər prokurorluğundan "İslamazeri.com"a verilən məlumata görə, aparımış araşdırmalarla müəyyən edilib ki, həmin xəstəxanada mama-ginekoloq işləyən Fərqanə Qədirova doğuş prosesinə rəhbərlik etdiyi zaman səhlənkarlıq edib öz işinə vicdansız və laqeyd münasibət göstərməklə doğuşun təbii yolla yekunlaşdırılmasını qüsurla başa çatdırması nəticəsində yeni doğulmuş uşaq ölüb.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Fərqanə Qədirova Cinayət Məcəlləsinin qeyd edilən maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam edir.

GÜNÜN MANŞETLERİ

Füceyra sahillərində BƏƏ-nin neft tankeri vuruldu
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Füceyra sahillərində BƏƏ-nin neft tankeri vuruldu

3/17/2026 11:00:01 AM
İran: ABŞ radarlarının 80 faizini məhv etmişik
REGİON / İRAN

İran: ABŞ radarlarının 80 faizini məhv etmişik

3/17/2026 10:45:27 AM
Livan İslam Müqaviməti İsraili şoka saldı: Bizə deyildiyi kimi deyilmiş!
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Livan İslam Müqaviməti İsraili şoka saldı: Bizə deyildiyi kimi deyilmiş!

3/17/2026 10:39:29 AM
ABŞ-İsrailin İranda öldürdüyü mülki şəxslərdən 200-ü uşaq olub
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

ABŞ-İsrailin İranda öldürdüyü mülki şəxslərdən 200-ü uşaq olub

3/17/2026 10:14:10 AM
Əraqçi: Vitkofla əlaqə saxlamamışam, yalandır...
REGİON / İRAN

Əraqçi: Vitkofla əlaqə saxlamamışam, yalandır...

3/17/2026 2:03:01 AM