Son 10 ayda Azərbaycanda 695 nəfər İİV-ə yoluxub

Son 10 ayda Azərbaycanda 695 nəfər İİV-ə yoluxub
Yayınlanma tarixi: 30.11.2022 15:52:47

Son 10 ayda Azərbaycanda 695 nəfərin İİV-ə yoluxduğu aşkarlanıb.

İslamazeri.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov "QİÇS-lə mübarizə" mövzusunda danışarkən deyib.

O bildirib ki, bunlardan 680 nəfəri Azərbaycan vətəndaşıdır:

"Yoluxanların 68 faizini kişi, 32 faizə yaxınını qadınlar təşkil edir".

O eyni zamanda qeyd edib ki, dünyada 84 milyona yaxın insanın İİV-ə yoluxduğu ehtimal edilir:

"Rəsmi statistikalaya görə, İİV-lə yaşayan 38,4 milyon insan mövcuddur. Bu vaxta qədər dünyada 40 milyona yaxın insan İİV-dən vəfat edib. Ölkədə vəziyyət nəzarət altındadır. Heç bir sıçrama müşahidə olunmur. Azərbaycan region ölkələri arasında ən az yoluxma müşahidə olunan ölkədir. QİÇS-ə yoluxanların 90 faizini aşkarlasaq, onları müalicəyə cəlb edə bilsək və hamısında uğurlu nəticə əldə etsək, beynəlxalq səviyyədə müəyyənləşdirilmiş hədəflərə çatmış olacağıq. Artıq bu hədəflərə yaxınlaşmaq üzrəyik. Müalicələrdə uğurlu nəticələrimiz 86 faizə yaxınlaşıb. Region ölkələri üçün təcrübəmiz nümunə olaraq göstərilir".

GÜNÜN MANŞETLERİ

Bu gün Ərbəindir
DİN

Bu gün Ərbəindir

6.09.2023 09:29:34
İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb
DÜNYA / İSLAM DÜNYASI

İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb

28.08.2023 17:40:05
Qətər: İsrail Fələstin torpaqlarını işğal edib
DÜNYA / İSLAM DÜNYASI

Qətər: İsrail Fələstin torpaqlarını işğal edib

28.08.2023 17:36:55