Son beş ayda Azərbaycanda cəzaçəkmə müəssisələrində 31 nikah qeydə alınıb.
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisələrində bu ilin beş ayı (yanvar-may) ərzində 31 nikah qeydə alınıb.
İslamazeri.com xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.
Bununla yanaşı, 1 yanvar 2025-ci il tarixindən 1 iyun 2026-cı il tarixinədək Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində 6 doğum qeydə alınıb.
Həmçinin bildirilib ki, ötən il ərzində isə cəzaçəkmə müəssisələrində 113 nikah qeydə alınıb.