“Soyuq zəncirdə olan dərmanlar 2-8 dərəcədə saxlanılmalıdır"

“Soyuq zəncirdə olan dərmanlar 2-8 dərəcədə saxlanılmalıdır
Yayınlanma tarixi: 10/29/2021 4:03:22 PM

Bunu bu gün TƏBİB-in Dərman və tibb vasitələri departamentinin rəhbəri Elmin Quliyev öz çıxışı zamanı bildirib.

“Soyuq zəncirdə olan dərman vasitələri də var. Həmin dərman vasitələri 2-8 dərəcədə saxlanılmalıdır”.

İslamazeri.com-un APA-ya istinadən verdiyi xəbərə görə, bunu bu gün TƏBİB-in Dərman və tibb vasitələri departamentinin rəhbəri Elmin Quliyev “Dərman təhlükəsizliyi və farmakonəzarət” mövzusunda çıxışında bildirib.

O deyib ki, bu tələbə ev şəraitində də əməl olunmalıdır: “Buna görə də onlar soyuducuda saxlanılır. Məsələn, insulin preparatları istehsalçılar tərəfindən 2-8 dərəcədə saxlanılır, ancaq otaq şəraitində istifadə olunur. Ancaq insulin preparatları da bir ay müddətində davamlıdır, mütəmadi istifadə olunur və o müddətdə də bitir. Yəni soyuq zəncirdən çıxan dərman vasitələri bir daha soyuq zəncirə qaytarılmır. Otaq şəraitində istifadəsi yolveriləndir, amma bu, bütün dərman vasitələrinə aid deyil. Xüsusi stasionarda dərman vasitələri var ki, həkim təyinatında və istifadə təlimatında göstərilən şəkildə istifadə olunmalıdır”.

FOTO

GÜNÜN MANŞETLERİ

Karlson: Tramp İrana hücum etdiyi üçün həbs olunmalıdır
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Karlson: Tramp İrana hücum etdiyi üçün həbs olunmalıdır

3/14/2026 10:13:29 PM
Əraqçi: İran bu hücumlara mütləq cavab verəcək
REGİON / İRAN

Əraqçi: İran bu hücumlara mütləq cavab verəcək

3/14/2026 9:52:22 PM
İranlı deputatdan Ukraynaya xəbərdarlıq
REGİON / İRAN

İranlı deputatdan Ukraynaya xəbərdarlıq

3/14/2026 8:16:40 PM