Sudanda toqquşmalarda 330-ə yaxın adam həlak olub

Sudanda toqquşmalarda 330-ə yaxın adam həlak olub
Yayınlanma tarixi: 4/20/2023 3:28:22 PM

Sudanda ordu ilə xüsusi təyinatlı qüvvələr arasında baş verən qarşıdurmalarda 300-ə yaxın adam həyatını itirib.

Sudanda ordu ilə xüsusi təyinatlı qüvvələr arasında baş verən qarşıdurmalarda 300-ə yaxın adam həyatını itirib.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesus bəyan edib.

Onun sözlərinə görə, silahlı qarşıdurmalarda 3 mindən çox mülki vətəndaş və hərbçi yaralanıb.

Hazırda ən şiddətli döyüşlərin paytaxt Xartumda getdiyini bildirən Qebreyesus, şəhərin vəziyyətinin təhlükəli olması səbəbindən tibb işçiləri və təcili yardım maşınlarının sağlamlıq müəssisələrinə çatmaqda çətinlik çəkdiyini vurğulayaraq deyib:

“Xartumda yaralı mülki vətəndaşları qəbul edən xəstəxanalar tibbi personalın və həyati xilasedici tibbi ləvazimatların çatışmazlığından xəbər verirlər. Bildirilib ki, xəstəxanaların generatorlarında yanacaq çatışmazlığı, o cümlədən su və elektrik enerjisinin kəsilməsi səhiyyə ocaqlarının funksionallığına təsir göstərir”.

Qebreyesus Sudandakı tərəflərə "münaqişələrdə insani fasilə" çağırışını təkrarlayıb və sülhün yeganə həll yolu olduğunu qeyd edib.

Aprelin 15-i səhər saatlarında Sudanın paytaxtı Xartumda və müxtəlif şəhərlərdə Sudan ordusu ilə yarımhərbiləşdirilmiş HDK qüvvələri arasında silahlı toqquşmalar baş verib.

“HDK-nın orduda tam iştirakını” nəzərdə tutan hərbi təhlükəsizlik islahatı ilə bağlı ordu ilə HDK arasında yaranan fikir ayrılığı son bir neçə ayda qızğın qarşıdurmaya çevrilmişib.

GÜNÜN MANŞETLERİ

İmam Məhdi (ə) yeni din gətirəcək?
DİN

İmam Məhdi (ə) yeni din gətirəcək?

7/28/2026 11:20:01 AM
Küləkli hava günortadan sonra tədricən mülayimləşəcək
ÖLKƏ / MÜXTƏLİF

Küləkli hava günortadan sonra tədricən mülayimləşəcək

7/28/2026 10:47:59 AM
Baknın bu rayonlarında işıq olmayacaq
ÖLKƏ / MÜXTƏLİF

Baknın bu rayonlarında işıq olmayacaq

7/28/2026 10:02:57 AM