Suriya müqavimətindən Colani hökümətinə xəbərdalıq: Zərbə endirərik!

Suriya müqavimətindən Colani hökümətinə xəbərdalıq: Zərbə endirərik!
Yayınlanma tarixi: 7/17/2026 12:40:01 PM

"Suriya İslami Müqaviməti" qruplaşması Əbu Məhəmməd əl-Covlaninin rəhbərlik etdiyi Suriya müvəqqəti hökumətinə müraciət ünvanlayaraq, ölkədə şiə və ələvi məzhəbinə mənsub şəxslərin məcburi şəkildə köçürülməsinin davam etdirilməsinə qarşı kəskin xəbərdarlıq edib.

İslamazeri.com-un xəbərinə görə,  Suriyada fəaliyyət göstərən "Cundul-Kərrar" briqadaları tərəfindən yayılan bəyanatda qeyd olunub ki, Əl Qaidənin Suriya qolu - "Nusra Cəbhəsi" hökuməti Suriyada hakimiyyəti ələ keçirdiyi gündən etibarən yalnız qətl, məcburi köçkünlük və fəsad törətməklə məşğuldur.

Sənəddə ələvilərin, dürzilərin və kürdlərin hüquqlarının tapdalanmasından sonra növbəti hədəfin Humus və onun ətrafında yaşayan şiələr olduğu bildirilib. Cövlaniyə bağlı silahlı qüvvələrin günahsız insanları qətlə yetirdiyi, həbs etdiyi, yaşayış evlərini və məscidləri dağıdaraq əhalini doğma yurd-yuvalarından didərgin saldığı iddia edilib.

Yaranmış vəziyyətlə bağlı mühüm tələblər irəli sürən qruplaşma, Humus və ətraf bölgələrdə şiə və ələvilərə qarşı həyata keçirilən məcburi köçürmə və demoqrafik strukturun dəyişdirilməsi prosesinin dərhal dayandırılmasını tələb edib.

Həmçinin əl-Məzrəə kəndində evləri dağıdılmış ailələrə sığınacaq tapmaları üçün təzminat ödənilməsi və son əməliyyatlar zamanı qanunsuz olaraq saxlanılan şəxslərin ən geci 48 saat ərzində sərbəst buraxılması tələb olunub.

Bəyanatın sonunda vurğulanıb ki, bu tələblərin yerinə yetirilməyəcəyi təqdirdə müqavimət qüvvələri üçün bütün hərbi variantlar masada olacaq və onların hərbi gücü nusraçılara, eləcə də onlara bağlı olan obyektlərə zərbə endirməyə tam imkan verir.

Bəyanatın mətni aşağıdakı fotoda:

FOTO

GÜNÜN MANŞETLERİ