Şuşa şəhərinin elektron xəritəsi və mobil tətbiqi hazırlanacaq

Şuşa şəhərinin elektron xəritəsi və mobil tətbiqi hazırlanacaq
Yayınlanma tarixi: 2/9/2023 4:19:40 PM

Bu, Baş nazir Əli Əsədovun təsdiqlədiyi Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planında yer alıb.

Bu il Şuşa şəhərinin elektron xəritəsi və mobil tətbiqi hazırlanacaq.

islamazeri.com xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun təsdiqlədiyi Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planında yer alıb.

Tədbirlər Planına əsasən, il ərzində “Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı” ili ilə bağlı internet resurslarının və xatirə materialların hazırlanması, eləcə də “Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı 2023” ili ilə əlaqədar poçt markalarının və xatirə nişanının hazırlanması, “Türk dünyasının mədəniyyət paytaxtı - Şuşa” portalının yaradılması da nəzərdə tutulur.

Adıçəkilən tədbiqlərin yaradılmasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi icraçı orqan kimi müəyyənləşib.

GÜNÜN MANŞETLERİ

Oman sultanı Müctəba Xameneini təbrik edib
DÜNYA / İSLAM DÜNYASI

Oman sultanı Müctəba Xameneini təbrik edib

3/9/2026 11:00:01 PM
Ayətullah Müctəba Xamenei kimdir?
REGİON / İRAN

Ayətullah Müctəba Xamenei kimdir?

3/9/2026 11:00:01 PM
Netanyahudan 3-4 gündür xəbər yoxdur
DÜNYA / MARAQLI

Netanyahudan 3-4 gündür xəbər yoxdur

3/9/2026 10:58:01 PM