Taliban ölkədəki işçilərə maaş əvəzinə buğda verəcəyini bildirib

Taliban ölkədəki işçilərə maaş əvəzinə buğda verəcəyini bildirib
Yayınlanma tarixi: 10/25/2021 3:42:28 PM

Əfqanıstanda yoxsullara iş imkanı təmin etmək üçün həyata keçiriləcək bir layihədə işçilərə pul əvəzinə buğda veriləcək.

İslamazeri.com-un "Eastnews.org"-a istinadən verdiyi xəbərə görə, Əfqanıstanda yoxsullara iş imkanı təmin etmək üçün həyata keçiriləcək bir layihədə işçilərin hər birinə gündə 10 kiloqram buğda, mühəndislərə isə 16,5 kiloqram buğda veriləcək.  "Taliban" administrasiyasının İnkişaf Agentliyi sədr müavini Riyazəddin Şərifi 40 min nəfəri işlə təmin edəcək "İş üçün buğda layihəsi" ilə əlaqədar açıqlama verərək, Əfqanıstanın iqtisadi baxımdan çətin günlər yaşadığına diqqət çəkib.   Şərifi qeyd edib ki, sözügedən layihə əvvəlcə Kabil və ətrafında sonra isə 34 vilayətdə həyata keçiriləcək.   Əfqanıstanda dövlətə məxsus anbarlarda 55 min ton buğda olduğunu vurğulayan Şərifi bu layihəni mövcud buğdanı iş qarşılığında yoxsul insanlara paylamaq üçün planlaşdırdıqlarını vurğulayıb.

FOTO

GÜNÜN MANŞETLERİ

Karlson: Tramp İrana hücum etdiyi üçün həbs olunmalıdır
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Karlson: Tramp İrana hücum etdiyi üçün həbs olunmalıdır

3/14/2026 10:13:29 PM
Əraqçi: İran bu hücumlara mütləq cavab verəcək
REGİON / İRAN

Əraqçi: İran bu hücumlara mütləq cavab verəcək

3/14/2026 9:52:22 PM
İranlı deputatdan Ukraynaya xəbərdarlıq
REGİON / İRAN

İranlı deputatdan Ukraynaya xəbərdarlıq

3/14/2026 8:16:40 PM