Tehrandakı universitetlərdə nə baş verib?

Tehrandakı universitetlərdə nə baş verib?
Yayınlanma tarixi: 2/23/2026 8:00:01 PM

Bu gün, bazar ertəsi,(23 fevral) günorta saatlarından etibarən ölkənin bəzi universitetlərində tələbə etirazları və toplaşmaları keçirilib.

İslamazeri.com "Mehr" agentliyinə istinadən məlumatına görə, Tehran Universiteti, Əmirkəbir Texnologiya Universiteti,, Şərif  Texnologiya Unviersiteti və Əz Zəhra universiteti bu gün tələbə toplaşmaları və etirazlarının keçirildiyi məkanlar olub.

Bu universitetlərdə keçirilən aksiyalarda bəzi tələbələr struktur əleyhinə şüarlar səsləndirib və 12 günlük müharibə şəhidlərinin şəkillərinə təhqir kimi hərəkətlər ediblər.

Tehran Universitetində universitetin iki vəfat etmiş tələbəsinin xatirəsinə Xarici Dillər və Ədəbiyyat fakültəsində və İlahiyyat fakültəsində iki anım mərasimi keçirilib. Həmçinin universitetin həyətində toplaşma baş tutub; əvvəlcə sakit keçən aksiya sonradan qarşıdurmaya çevrilib.

Həmçinin bu universitetdə Bəsicçi tələbələr bəzi tələbələrin hərəkətlərinə qarşı Elm nazirinin mövqeyinə etiraz ediblər.

Şərif Sənaye Universitetində də bu gün hər iki qrupdan olan bəzi tələbələrə universitetə girişin qadağan edilməsi ilə bağlı SMS göndərilib və bəzi tələbələr buna etiraz olaraq universitetin giriş qapısına doğru hərəkət ediblər.

Şərif Sənaye Universitetinin rektoru da etirazçı tələbələrin arasına gələrək universitetdə əyani təhsilin davam etməsi üçün sakitliyə çağırış edib. Eyni zamanda bəzi etirazçı tələbələr rektorun iştirakı ilə öz etirazlarını səsləndiriblər.

Əmirkəbir Universitetində toplaşmalar fiziki qarşıdurma və zorakılığa çevrilib. Bununla belə, bəzi tələbələr universitetin əsas girişində camaat namazı qılıblar.

Bəzi universitetlərdə, o cümlədən Əmirkəbir və ƏZ-Zəhra universitetlərində bəzi tələbələr İran bayrağını yandırıblar. Buna qarşılıq olaraq digər bəzi tələbələr ABŞ bayrağını yandırıblar və Əmirkəbir Universitetində İran bayrağı universitetin ən yüksək nöqtəsində dalğalandırılıb.

GÜNÜN MANŞETLERİ

Şeyx Naim: Seyid Nəsrullah üçün darıxıram
DÜNYA / İSLAM DÜNYASI

Şeyx Naim: Seyid Nəsrullah üçün darıxıram

2/23/2026 8:30:01 PM
Tehrandakı universitetlərdə nə baş verib?
REGİON / İRAN

Tehrandakı universitetlərdə nə baş verib?

2/23/2026 8:00:01 PM
ABŞ Beyrutdakı səfirliyini boşaltdı
DÜNYA / SİYASƏT

ABŞ Beyrutdakı səfirliyini boşaltdı

2/23/2026 6:41:39 PM
Sumqayıtda partlamamış top mərmisi tapılıb
ÖLKƏ / HƏRBİ

Sumqayıtda partlamamış top mərmisi tapılıb

2/23/2026 5:10:26 PM
Niyə Quranı başa qoyub dua edirik?
DİN

Niyə Quranı başa qoyub dua edirik?

2/23/2026 3:38:04 PM