Tramp Netanyahuya Suriya ilə bağlı xəbərdarlıq edib.
İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahuya Suriya ilə təhlükəsizlik razılaşması əldə etmək üçün bir ay vaxt verdiyi bildirilir.
"Middle East Eye" (MEE) agentliyinin adı açıqlanmayan mənbələrə istinadən verdiyi məlumata görə, ABŞ Dəməşq hökuməti ilə razılığa gəlmək üçün Təl-Əvivə təzyiqi artırıb.
ABŞ mart ayına qədər təhlükəsizlik razılaşması əldə etmək üçün İsrail və Suriyaya təzyiq göstərsə də, İsrailin Hermon dağını qırmızı xətt kimi təyin etməsi razılaşmaya maneə olaraq qalır.