Trampın "Yaponiya İslam Respublikası" sözü başına bəla oldu

Trampın
Yayınlanma tarixi: 7/13/2026 1:15:34 PM

Digər siyasətçilərin dil qüsurlarını və səhvlərini hər fürsətdə ələ salan Donald Tramp, son zamanlar özü inanılmaz coğrafi və siyasi çaşqınlıqlarla gündəmə gəlir.

İslamazeri.com xəbər verir ki, bu barədə CNN geniş məqalə hazırlayara sanki ABŞ prezidentini ələ salıb.

CNN-nin NATO sammitində və müxtəlif çıxışlarında Trampın "yeni dünya xəritəsi" yaratdığı bəzi məqamların xülasəsini belə qeyd edib:

  • Yaponiya və İran qarışıqlığı: Tramp İrandakı hərbi qarşıdurmalardan bəhs edərkən dünyada mövcud olmayan bir dövlət uyduraraq ölkəni “Yaponiya İslam Respublikası” adlandırıb. O, ABŞ gəmilərinə bu "respublika" tərəfindən 111 raket atıldığını iddia edib.

  • Albaniya və Ermənistan (Azərbaycan münaqişəsi): Tramp dünyadakı böyük müharibələri şəxsən həll etdiyini iddia edərkən tarixi bir səhvə yol verib. Azərbaycanın 30 ildən artıq müddətdir münaqişədə olduğu ölkənin Ermənistan deyil, Albaniya olduğunu dəfələrlə təkrarlayıb və Albaniya rəhbərlərini kabinetində barışdırdığını deyib. Bu səhv Avropa sammitində zarafat hədəfinə çevrilib.

  • Ukrayna və Rusiya (Zelenski-Putin qarışıqlığı): Ukrayna Prezidenti Volodimir Zelenski ilə yan-yana əyləşən Tramp, kameralar qarşısında jurnalistlərə müraciət edərək "Prezident Putinə sualınız varmı?" deyib.

  • İran və Tayvan: Jurnalistin Çin və Tayvan arasındakı münaqişə riski ilə bağlı verdiyi suala Tramp tamamilə mövzudan kənar — sanki söhbət İrandan gedirmiş kimi cavab verib və "Onların dəniz boğazına ehtiyacımız yoxdur" deyib.

  • Ukrayna və İran (Hərbi donanma): Ukraynanın hərbi cəhətdən məğlub olduğunu iddia edən Tramp, arqument gətirərkən adətən İran üçün istifadə etdiyi rəqəmləri qarışdırıb və Ukraynanın 159 hərbi gəmisi olduğunu deyib.

  • İslandiya və Qrenlandiya: Tramp Avropaya və NATO-ya böyük köməklik etdiyini, lakin son günlərdə hər kəsin ona İslandiya məsələsinə görə qəzəbləndiyini bildirib. Əslində isə o, ABŞ-ın satın almaq istədiyi və böyük beynəlxalq qalmaqala səbəb olan Qrenlandiyanı nəzərdə tuturdu.

  • Cənubi Afrika və Cənubi Amerika: Mayami şəhərini təsvir edərkən, Tramp buranın Cənubi Amerikadakı diktaturalardan deyil, Cənubi Afrikadakı kommunist rejimindən qaçanların sığınacağı olduğunu deyib. Səhvini düzəltməyə çalışarkən isə Cənubi Afrikanın G20-dən çıxarılmalı olduğunu deyərək vəziyyəti daha da qəlizləşdirib.

  • Rusiya və Alyaska: Tramp, Rusiya prezidenti Putinlə keçirəcəyi mühüm sammitin məkanı kimi Alyaskanı deyil, iki dəfə ard-arda Rusiyaya gedəcəyini bəyan edib. Halbuki, Alyaska 1860-cı illərdən bəri Rusiyanın tərkibində deyil.

  • Əfqanıstan (Obama və Biden qarışıqlığı): Tramp qoşunların Əfqanıstandan çıxarılması zamanı yaşanan uğursuzluqlara və 13 nəfərin ölümünə görə faktiki rəhbər Co Baydeni deyil, səhvən sabiq prezident Barak Obamanı ittiham edib.

GÜNÜN MANŞETLERİ