Türkiyə, Rusiya, İran və Suriya ilə dördlü görüşün vaxtı açıqlanıb

Türkiyə, Rusiya, İran və Suriya ilə dördlü görüşün vaxtı açıqlanıb
Yayınlanma tarixi: 3.05.2023 12:23:07

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu NTV-nin canlı yayımında danışıb.

İslamazeri.com xəbər verir ki, çıxışında gündəmdə olan məsələləri də dəyərləndirən Çavuşoğlu, Rusiya, İran və Suriya ilə xarici işlər nazirləri səviyyəsində görüşün mayın 10-da Moskvada ola biləcəyini bildirib.

Mövlud Çavuşoğlu deyib: “Seçkidən əvvəl nazirlər görüşü ola bilər. Nazirlərin görüşü mayın 10-da ola bilər.

Biz indiyədək Sudandan 2061 nəfəri təxliyə etmişik. Bunlardan 1763 nəfəri öz vətəndaşlarımızdır. Biz tibb işçilərini hərbi təyyarə ilə gətirəcəyik. Bundan sonra vətəndaşlarımızı Port Sudan vasitəsilə gətirməyi planlaşdırırıq. Səfirliyimiz müvəqqəti olaraq Port Sudana köçürüləcək. Biz risk edə bilmərik, müvəqqəti olaraq Port Sudana köçürəcəyik".

Çavuşoğlu da PKK tərəfdarlarının Marseldə Türkiyə vətəndaşlarına hücumu ilə bağlı Fransaya xəbərdarlıq etdiklərini bildirib.

GÜNÜN MANŞETLERİ