Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 45 min nəfəri ötüb

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 45 min nəfəri ötüb
Yayınlanma tarixi: 1.03.2023 10:21:00

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 45 min nəfəri ötüb.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Fevralın 6-da Kahramanmaraşda baş verən və 11 rayonu vuran 7,7 və 7,6 bal gücündə zəlzələlərdə can itkisi 45 min 089-a yüksəlib.

Vurğulanıb ki, 6 fevral tarixində baş verən güclü zəlzələdən sonra indiyə qədər 11 020 afterşok qeydə alınıb. Eyni zamanda zəlzələ bölgəsindən 1 971 589 şəxs təxliyə edilib. 

358 min 37 çadır quraşdırılıb. 11 vilayətdə 332 nöqtədə çadır şəhərciklər yaradılıb. 10 şəhər və 162 nöqtədə konteyner şəhər qurğuları davam edir. Fəlakət zonasında və fəlakət zonasından kənarda; çadırlarda, konteynerlərdə, tələbə yataqxanalarında, mehmanxanalarda, ictimai qonaq evlərində, Milli Təhsil Nazirliyinin qonaq evlərində və digər obyektlərdə sığınacaq xidməti ilə təmin olunanların sayı 1 milyon 915 min 687 nəfərdir.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 10 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kıbrıs (Kipr), İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

GÜNÜN MANŞETLERİ

Bu gün Ərbəindir
DİN

Bu gün Ərbəindir

6.09.2023 09:29:34
İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb
DÜNYA / İSLAM DÜNYASI

İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb

28.08.2023 17:40:05
Qətər: İsrail Fələstin torpaqlarını işğal edib
DÜNYA / İSLAM DÜNYASI

Qətər: İsrail Fələstin torpaqlarını işğal edib

28.08.2023 17:36:55