Türkiyədən İsrailin "erməni soyqırımı"nı tanımasına REAKSİYA

Türkiyədən İsrailin
Yayınlanma tarixi: 6/29/2026 11:33:35 AM

Türkiyə Xarici İşlər Nazirliyi İsrailin erməni soyqırımını tanımaq barədə qərarını pisləyib

İslamazeri.com-un verdiyi məlumata görə, Türkiyə Xarici İşlər Nazirliyi İsrailin erməni soyqırımını tanımaq barədə qərarını pisləyib, bunu siyasi motivli addım və Qəzza zolağındakı soyqırımı gizlətmək cəhdi adlandırıb.

Daha əvvəl İsrail Nazirlər Kabinetinin iyunun 28-də Osmanlı İmperiyasında XX əsrin əvvəllərində baş vermiş və ermənilərin kütləvi ölümünə səbəb olmuş hadisələri soyqırımı kimi tanıyan qətnaməni bəyəndiyi bildirilirdi.

"Bütün dünyanın gözü qarşısında Fələstin xalqını sistemli şəkildə təqib edən və Qəzza sakinlərinin soyqırımına görə Beynəlxalq Cinayət Məhkəməsi (BCM) qarşısında dayanan İsrail hökuməti, 1915-ci il hadisələri ilə bağlı siyasi motivli qərar qəbul edərək öz cinayətlərini gizlətməyə çalışır", — deyə Türkiyə XİN-in bəyanatında bildirilir.

Sənəddə qeyd olunur ki, İsrail hakimiyyətinin qəbul etdiyi və tarixi faktlara məhəl qoymayan bu qərar, "fələstinlilərə qarşı törədilmiş cinayətlərin araşdırılması çərçivəsində BCM tərəfindən barələrində həbs qətimkan tədbiri seçilmiş [Baş nazir Benyamin] Netanyahu və onun əlaltılarının acizliyini göstərir". "Türkiyə, İsrailin regiondakı ekspansionist (işğalçılıq) və sabitliyi pozan siyasətinə son qoyulması, habelə Netanyahu hökumətinin mülki əhaliyə, xüsusən də Fələstin xalqına qarşı törətdiyi cinayətlərə görə qanun qarşısında cavab verməsi üçün qətiyyətlə çalışmağa davam edəcək", — deyə bəyanatda vurğulanır.

Türkiyə, bəzi məlumatlara görə təxminən 1,5 milyon insanın öldüyü iddia edilən 1915-ci il erməni soyqırımı ittihamlarını qətiyyətlə rədd edir. 

GÜNÜN MANŞETLERİ

Pakistan-Əfqanıstan sərhədində gərginlik artır
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Pakistan-Əfqanıstan sərhədində gərginlik artır

6/29/2026 12:16:20 PM
Müaviyəni biabır edən imanlı qoca
DİN

Müaviyəni biabır edən imanlı qoca

6/29/2026 11:47:01 AM