TV və saytlarda çalışan texniki heyət Media Reyestrinə salınmayacaq

TV və saytlarda çalışan texniki heyət Media Reyestrinə salınmayacaq
Yayınlanma tarixi: 10/14/2022 6:00:43 PM

“Telekanallarda və ya saytlarda çalışan texniki heyət üzvlərinin Media Reyestrində qeydiyyatdan keçməsi nəzərdən tutulmayıb”.

İslamazeri.com xəbər verir ki, bunu MEDİA-nın Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva deyib.

O bildirib ki, “Media haqqında” qanunda texniki heyət jurnalist anlayışı ilə əhatə olunmayıb: “Ona görə də onlar Media Reyestrinə daxil ola bilməyəcək. Buna baxmayaraq, onların fəaliyyətində hər hansı məhdudiyyət olmayacaq”.

Səidə Şəfiyeva həmçinin diqqətə çatdırıb ki, əgər Media Reyestrinə daxil olaraq jurnalist vəsiqəsi alan şəxsin işinə xitam verilərsə, o, jurnalist vəsiqəsini çalışdığı media subyektinə təhvil verməlidir: “Bundan sonra isə media subyekti həmin vəsiqəni Agentliyə təqdim etməlidir. Jurnalist başqa media subyektində rəsmi qaydada işə düzəldikdən sonra yeni jurnalist vəsiqəsi üçün Agentliyə müraciət edə bilər".

Medianın İnkişafı Agentliyinin Hüquq xidmətinin rəhbəri Rəqsanə Kərimova əlavə edib ki, Agentlik fəaliyyəti çərçivəsində texniki heyətin inkişafı üçün təlimlər həyata keçiriləcək.

GÜNÜN MANŞETLERİ

Əraqçi: Vitkofla əlaqə saxlamamışam, yalandır...
REGİON / İRAN

Əraqçi: Vitkofla əlaqə saxlamamışam, yalandır...

3/17/2026 2:03:01 AM
 Amerikalı dəniz piyadalarını
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Amerikalı dəniz piyadalarını "ət maşını" gözləyir

3/17/2026 1:57:45 AM
İsrailin Qəzza qətliamı davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailin Qəzza qətliamı davam edir

3/16/2026 5:34:50 PM
İran raketləri Təl-Əvivi vurdu: 24 saat ərzində 142 nəfər yaralandı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran raketləri Təl-Əvivi vurdu: 24 saat ərzində 142 nəfər yaralandı

3/16/2026 4:16:22 PM