UFC-də Əhli-Beytə ehtiram: Rafael Fiziyevdən Bakıda tarixi qələbə - VİDEO

UFC-də Əhli-Beytə ehtiram: Rafael Fiziyevdən Bakıda tarixi qələbə - VİDEO
Yayınlanma tarixi: 6/28/2026 2:33:51 PM

Bakıda keçirilən UFC turniri unudulmaz və mənəvi duyğularla zəngin anlara səhnə olub. Azərbaycan təmsilçisi Rafael Fiziyev qəfəsdə qazandığı parlaq qələbəni Şəhidlər Sərvərinin adı ilə qeyd edib.

İslamazeri.com xəbər verir ki, idmançımız Rafael Fiziyev meksikalı rəqibi Manuel Torreslə qarşılaşıb. Döyüşün ilk saniyələrindən üstünlüyü ələ alan Fiziyev, rəqibini qısa müddətdə məğlub edərək böyük bir uğura imza atıb.

Ancaq gecənin ən yaddaqalan və qəlbləri riqqətə gətirən məqamı döyüşdən dərhal sonra yaşanıb. Qələbə sevincini bölüşmək üçün mikrofonu alan Rafael Fiziyev, idman aləmində az rast gəlinən iman və sədaqət nümayiş etdirib. O, dünya mediasının və minlərlə azarkeşin önündə öz uca sevgisini bəyan edərək ürək sözlərini bu mübarək salamlarla ifadə edib:

"Şəhidlər Sərvəri İmam Hüseynə (ə), onun pak oğluna, fədakar əshabına, Həzrət Əbəlfəzl Abbasa və Xanım Zeynəbə (s.ə) salam olsun!"

Ulduz idmançının ringdə səsləndirdiyi bu səmimi və rəsmi salamlar arenadakı və ekran qarşısındakı minlərlə inanclı soydaşımız tərəfindən böyük coşqu, rəğbət və göz yaşları ilə qarşılanıb. Fiziyev bu addımı ilə növbəti dəfə sübut etdi ki, qazanılan uğurların təməlində fiziki güclə yanaşı, həm də sarsılmaz iman və Əhli-Beyt (ə) sevgisi dayanır.

GÜNÜN MANŞETLERİ