Ukraynanın müdafiə naziri istefaya göndərilib

Ukraynanın müdafiə naziri istefaya göndərilib
Yayınlanma tarixi: 11/3/2021 5:01:41 PM

Ukrayna Ali Radası (parlament) müdafiə naziri Andrey Taranın istefaya göndərilməsi barədə qərar qəbul edib.

İslamazeri.com “Report”-a istinadən bildirir ki, 341 deputat qərarın lehinə səs verib.

Artıq Ukrayna Prezidenti Volodimir Zelenski müdafiə nazir vəzifəsinə yeni namizəd irəli sürüb. Bu, baş nazirin müavini Aleksey Reznikovdur.

Ukrayna Konstitusiyasına əsasən, Prezident xarici işlər və müdafiə naziri postuna namizədləri parlamentə təqdim edir. Qanunverici orqanın həmin nazirləri vəzifədən azad etmək səlahiyyəti var.

Xatırladaq ki, Andrey Taran 2020-ci ilin martında Ukraynanın müdafiə naziri təyin olunmuşdu.

GÜNÜN MANŞETLERİ

Yəmən blokadası Səudiyyə Ərəbistanının neft daşınmasını dayandırdı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Yəmən blokadası Səudiyyə Ərəbistanının neft daşınmasını dayandırdı

7/28/2026 5:25:37 PM
Möhürlə namaz qılmaq olarmı?
DİN

Möhürlə namaz qılmaq olarmı?

7/28/2026 4:07:54 PM
Azərbaycanın Qazaxıstandakı səfiri geri çağırılıb
ÖLKƏ / SİYASƏT

Azərbaycanın Qazaxıstandakı səfiri geri çağırılıb

7/28/2026 3:18:37 PM