Venesuela Fələstindəki təmsilçiliyini səfirlik səviyyəsinə qaldırıb

Venesuela Fələstindəki təmsilçiliyini səfirlik səviyyəsinə qaldırıb
Yayınlanma tarixi: 18.08.2023 12:10:29

Bildirilib ki, Venesuela Fələstində diplomatik nümayəndəlik səviyyəsini səfirlik səviyyəsinə qaldırıb.

İslamazeri.com xəbər verir ki, Fələstinin rəsmi agentliyi WAFA-nın xəbərinə görə, Fələstin Xarici İşlər Nazirliyi tərəfindən edilən yazılı açıqlamada, Venesuelanın Fələstindəki diplomatik nümayəndəlik səviyyəsini səfirlik səviyyəsinə qaldırdığı, və bundan məmnuniyyətin duyulduğunun vurğulandığı bildirilib. 

Bəyanatda bu qərar Venesuelanın 2009-cu ildə Fələstin Dövlətini tanımasının və iki dost ölkə arasında tarixi əlaqələrin dərinliyinin göstəricisi kimi qiymətləndirilib.

Digər tərəfdən Ərəb Parlamentindən verilən yazılı açıqlamada qərarın müsbət qarşılandığı, Venesuelanın Fələstin dövlətinin və xalqının hər səviyyədə hüquqlarını dəstəkləyən qətiyyətli mövqeyinin təqdir edildiyi qeyd edilib.

GÜNÜN MANŞETLERİ

Bu gün Ərbəindir
DİN

Bu gün Ərbəindir

6.09.2023 09:29:34
İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb
DÜNYA / İSLAM DÜNYASI

İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb

28.08.2023 17:40:05
Qətər: İsrail Fələstin torpaqlarını işğal edib
DÜNYA / İSLAM DÜNYASI

Qətər: İsrail Fələstin torpaqlarını işğal edib

28.08.2023 17:36:55