Venesuelada 50 mindən çox insan itkin düşüb.
İslamazeri.com xəbər verir ki, Venesuelada baş vermiş güclü zəlzələdən sonra 50 mindən çox insan itkin düşmüş hesab olunur.
Onun sözlərinə görə, xilasetmə əməliyyatları son dərəcə çətin şəraitdə davam edir.
İtkin düşənlərin sayının 50 mini ötməsi və ölənlərin sayının 500-dən çox olması dağıntıların təmizlənməsi işlərini daha da mürəkkəbləşdirir.
Zəlzələ nəticəsində çoxlu sayda bina dağılıb, iri dağıntı sahələri yaranıb. Yaxınlarını itirən ailələr isə hələ də uçqunlar altında sağ qalanların ola biləcəyi ümidi ilə axtarışlarını davam etdirirlər.
Xatırladaq ki, iyunun 24-ü axşam saatlarında Venesuelada təxminən 40 saniyə fərqlə 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ baş verib. Yeraltı təkanların episentrləri Yaracuynda bir-birindən 10 kilometr məsafədə yerləşib. Əsas zəlzələlərdən sonra 214 afterşok qeydə alınıb. Son məlumata əsasən, təbii fəlakət nəticəsində 589 nəfər həlak olub, 3 minə yaxın insan yaralanıb.