Əvvəlki ilin məzunları üçün eksternat imtahanlar keçirilir

Əvvəlki ilin məzunları üçün eksternat imtahanlar keçirilir
Yayınlanma tarixi: 1/31/2026 2:02:01 PM

Əvvəlki ilin məzunları üçün eksternat imtahanlar keçirilir.

Bu gün əvvəlki illərdə ümumi təhsil müəssisələrini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə başa vura bilməyən şəxslər üçün eksternat qaydada imtahanlar keçirilir.

İslamazeri.com Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə istinadən xəbər verir ki, ölkə üzrə 6 mindən çox şəxs imtahanda iştirak etmək üçün müraciət edib.

İmtahan yerli təhsili idarəetmə orqanları tərəfindən 31 yanvar saat 11:00-da təşkil olunub.

Bakıda isə eksternat qaydasında imtahanlar ilk dəfə elektron qaydada keçiriləcək. Eksternat imtahanları paytaxtdakı 10, 158, 229, 263 nömrəli tam orta ümumtəhsil məktəblərində və 220 nömrəli məktəb-liseydə keçirilir.

Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməmiş şəxslərə bu səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.

Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.

GÜNÜN MANŞETLERİ

SABAHIN HAVASI
ÖLKƏ / MÜXTƏLİF

SABAHIN HAVASI

7/25/2026 1:29:54 PM
Bəhreyn və Küveytdən İrana ilk birbaşa hücum
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Bəhreyn və Küveytdən İrana ilk birbaşa hücum

7/25/2026 10:30:01 AM
Sorğu: İsraillilərin əksəriyyəti Netanyahunu istəmir
DÜNYA / MARAQLI

Sorğu: İsraillilərin əksəriyyəti Netanyahunu istəmir

7/25/2026 10:10:03 AM
İmam Zamanın (ə.f) razılığı
DİN

İmam Zamanın (ə.f) razılığı

7/25/2026 12:00:01 AM