İran raketləri İsrailin hava hücumundan müdafiə sistemlərini hədəfə alıb.
İslamazeri.com xəbər verir ki, ABŞ-ın aparıcı qəzetlərindən biri olan "The Washington Post" qəzeti İranın atdığı raketlərin birbaşa İsrailin hava hücumundan müdafiə sistemlərini hədəf aldığını və onların effektivliyi ilə bağlı ciddi suallar doğurduğunu yazıb.
Məqalədə qeyd olunub ki, İranın hücumlarından sonra İsrailin müdafiə imkanları ilə bağlı müzakirələr intensivləşib.
Bu arada, İsrailin 12-ci Kanal televiziyası dünən gecə İsrailin hava hücumundan müdafiə sistemlərinin İranın intensiv raket hücumu qarşısında qeyri-kafi olduğunu təsdiqləyib.