Xaricdə təhsil almış daha 20 nəfərin diplomu tanınmayıb

Xaricdə təhsil almış daha 20 nəfərin diplomu tanınmayıb
Yayınlanma tarixi: 1.12.2022 17:20:25

Noyabr ayı üzrə xaricdə təhsil almış və diplomunun tanınması ilə bağlı 230 müraciətçinin 210-u barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 20 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Təhsildə Keyfiyyət Təmanatı Agentliyindən "İslamazeri.com"a bildirilib ki, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 8, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 5, dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 3, digər səbəblər üzrə 4 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyə Respublikasından 65, Rusiya Federasiyasından 64, Ukraynadan 53, Gürcüstandan 12, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 7, digər ölkələrdən isə 29 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, iqtisadiyyat 28, hüquqşünaslıq üzrə 21, stomatologiya üzrə 15, tibb üzrə 12, biznesin idarə edilməsi üzrə 10 müraciətçi qeydə alınıb.

Bildirilib ki, sənədlərə ortalama baxılma müddəti 12 gün təşkil edib.

GÜNÜN MANŞETLERİ

Ailədə gözəl əxlaq
DİN

Ailədə gözəl əxlaq

3.02.2023 18:03:51
Son sutkadakı yoluxma sayı açıqlanıb
ÖLKƏ / SƏHİYYƏ

Son sutkadakı yoluxma sayı açıqlanıb

3.02.2023 17:47:06
Kərbəladan gözəl görüntülər - FOTO
DÜNYA / İSLAM DÜNYASI

Kərbəladan gözəl görüntülər - FOTO

3.02.2023 16:05:58
Tarif Şurasının səlahiyyətləri artırılıb
ÖLKƏ / SİYASƏT

Tarif Şurasının səlahiyyətləri artırılıb

3.02.2023 14:28:43