XİN-dən Ermənistanda bayrağımızın yandırılmasına reaksiya

XİN-dən Ermənistanda bayrağımızın yandırılmasına reaksiya
Yayınlanma tarixi: 4/15/2023 11:57:24 AM

"Ermənistanda Azərbaycana qarşı etnik zəmində kök salmış nifrətin təcəssümü olan bu aktı qətiyyətlə pisləyirik"

14 aprel tarixində Ermənistanın paytaxtı İrəvanda keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı yandırılıb.

İslamazeri.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin şərhində bildirilib.

Şərhdə deyilir:

"Ermənistanda Azərbaycana qarşı etnik zəmində kök salmış nifrətin təcəssümü olan bu aktı qətiyyətlə pisləyirik.

Ermənistan hökuməti tədbiri təşkil edən tərəf kimi bu kimi hadisələrin qarşısını vaxtında almalı və müvafiq təhlükəsizlik tədbirləri görməli idi. Bu aktı törətmiş şəxs ilkin olaraq saxlanılsa da, onun sonradan təmtəraqlı alqışlarla azad edilməsi ciddi narahatlıq doğurur. Ermənistan tərəfi nifrət zəminində bu cinayəti törətmiş şəxsi dərhal məsuliyyətə cəlb etməlidir.

Beynəlxalq Ağırlıqqaldırma Federasiyası, Beynəlxalq Olimpiya Komitəsi və digər aidiyyəti beynəlxalq qurumlar tərəfindən idman yarışları üzrə qəbul edilmiş davranış qaydalarının kobud pozuntusu olan bu hərəkəti qəti şəkildə pisləməyə, qaydalar çərçivəsində təşkilatçılara qarşı müvafiq cəza tədbirlərinin görülməsinə çağırırıq".

GÜNÜN MANŞETLERİ

Almaniya Hörmüz boğazında hərbi əməliyyata hazırlaşır - ŞOK İDDİA
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Almaniya Hörmüz boğazında hərbi əməliyyata hazırlaşır - ŞOK İDDİA

4/26/2026 1:52:36 PM
Güclü külək əsəcək, yağış yağacaq - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Güclü külək əsəcək, yağış yağacaq - PROQNOZ

4/26/2026 1:40:01 PM
Əraqçi Oman sultanı ilə görüşüb
DÜNYA / SİYASƏT

Əraqçi Oman sultanı ilə görüşüb

4/26/2026 12:46:41 PM
Makron: Tramp Avropanın əleyhinə hərəkətlər edir
DÜNYA / MARAQLI

Makron: Tramp Avropanın əleyhinə hərəkətlər edir

4/26/2026 11:32:54 AM
Trampın qatıldığı tədbirdə silahlı hücum
DÜNYA / MARAQLI

Trampın qatıldığı tədbirdə silahlı hücum

4/26/2026 10:51:49 AM