XİN-in sabiq vəzifəli şəxslərinə şərti cəza verilib

XİN-in sabiq vəzifəli şəxslərinə şərti cəza verilib
Yayınlanma tarixi: 12/22/2021 5:50:29 PM

Bakı Ağır Cinayətlər Məhkəməsində Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə, Konsulluq idarəsinin vəzifəli şəxsi Səlim Əlizadəyəyə şərti cəza verilib.

İslamazeri.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxs Səlim Əlizadə son söz deyib.

O, məhkəmədən bəraət istəyib.

Hökmə əsasən, hər iki şəxs barəsində müəyyən sınaq müddəti seçilməklə onlara şərti cəza verilib.

Qeyd edək ki, prokuror F.Mollazadə ilə S.Əlizadənin hər birinin 7 il azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq ki, XİN-in sabiq işçiləri Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparılan cinayət işi üzrə saxlanılıblar. Keçirilən əməliyyat nəticəsində XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Mollazadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilərək həbs olunublar.

Daha sonra hər iki şəxs barəsində həbs qətimkan tədbiri ləğv olunub və onlar ev dustaqlığına buraxılıblar.

GÜNÜN MANŞETLERİ

İran çoxbaşlı raketlərlə İsraildə 100-dən çox hədəfi vurub
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran çoxbaşlı raketlərlə İsraildə 100-dən çox hədəfi vurub

3/18/2026 12:04:21 PM
İran kəşfiyyatı yüksək vəzifəli İsrail məmurunu məhv edib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran kəşfiyyatı yüksək vəzifəli İsrail məmurunu məhv edib

3/18/2026 11:39:13 AM
İran İsrailin kiber texnologiya mərkəzlərini vurur
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran İsrailin kiber texnologiya mərkəzlərini vurur

3/18/2026 11:14:47 AM