Yağıntılar kəsilib, hava şəraiti mülayimləşib - FAKTİKİ HAVA

Yağıntılar kəsilib, hava şəraiti mülayimləşib - FAKTİKİ HAVA
Yayınlanma tarixi: 2/12/2026 12:04:44 PM

Azərbaycanda yağıntı fevralın 11-i axşam saatlarından kəsilib, hava şəraiti mülayimləşib.

İsamazeri.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin fevralın 12-si saat 11:00-a olan məlumatında qeyd edilib.

Düşən yağıntının miqdarı Neftçalada 14, Beyləqanda 5, Lənkəranda 4, Mingəçevir, Yevlax, Kürdəmir, Balakən, Zaqatalada 3, Göyçayda 2, Ordubad, Sədərək, Naxçıvan, Şərur, Naftalan, Oğuz, Zərdab, Sabirabad, eyni zamanda Abşeron yarımadasının bəzi yerlərində 1 mm olub.

Qar örtüyünün hündürlüyü Şahbuzda 49, Kəlbəcərdə 40, Laçın, Qubadlıda 33, Qaxda (Sarıbaş) 29, Biləsuvarda 23, Daşkəsəndə 19, Şuşada 15, Gədəbəydə 14, Cəlilabad, Yardımlıda 10, Xankəndidə 7, Astara, Ağdamda 6, Xocalı, Qubada 5, İmişli, Şəkidə (Kişçay) 4, Lerikdə 3, Füzulidə 2, Qəbələ, Qobustan, Xaltanda 1 sm-ə çatıb.

Naxçıvan, Daşkəsən, Gədəbəy, Şəmkir, Qax (Sarıbaş), Şəki, Qəbələ, Şamaxı, Qobustan, Quba, Göyçay, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

GÜNÜN MANŞETLERİ

İsrailin Livana təcavüzü davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailin Livana təcavüzü davam edir

2/12/2026 1:46:53 PM
Sabahın hava proqnozu açıqlanıb
ÖLKƏ / MÜXTƏLİF

Sabahın hava proqnozu açıqlanıb

2/12/2026 1:19:41 PM