Yalanın acı nəticələri

Yalanın acı nəticələri
Yayınlanma tarixi: 24.01.2023 11:33:01

İslamazeri.com-un "Din" rubrikasından...

 İslam mətnlərində yalanın mahiyyəti, onun fərdi və ictimai təsirləri, dünya və axirətdəki acı nəticələri ilə bağlı ibarələr diqqəti özünə cəlb edir və biz burada yalanın təsir və nəticələrindən bir neçəsinə işarə etməklə kifayətlənirik:

1. Yalançı Allah-Taala və mələklərin lənətinə layiqdir:

Peyğəmbəri-Əkrəm (s) buyurur:

فَلَعْنَةُ اللّهِ عَلَى الْكاذِبِ وَ اِنَ كانَ مازِحاً

“Allah yalançıya lənət etsin, hətta zarafatla yalan danışarsa belə.”

Başqa bir hədisdə belə buyurur:

اَلْمُؤْمِنُ اِذا كَذَبَ بِغَيْرِ عُذْرٍ لَعَنَهُ سَبْعوُنَ اَلْفَ مَلَكٍ وَ خَرَجَ مِنْ قَلْبِهِ نَتْنٌ حَتَّى يَبْلُغَ الْعَرْشَ فَيَلْعَنُهُ حَمَلَةُ الْعَرْشِ

“Üzrsüz səbəbdən mömin yalan danışarsa, yetmiş min mələk ona lənət oxuyar, onun qəlbindən üfunət iyi ərşə qalxar. Bu zaman, ilahi ərş sakinləri də onu lənətləyərlər.”

2. Yalan imanla bir yerə sığmır:

Qurani-Kərimdə bu haqda buyurulur:

إِنَّمَا يَفْتَرِي الْكَذِبَ الَّذِينَ لاَ يُؤْمِنُونَ بِآيَاتِ اللّهِ وَأُوْلـئِكَ هُمُ الْكَاذِبُونَ

“Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Onlar əsl yalançılardır.”

Peyğəmbəri-Əkrəmdən (s) soruşdular:

يَكُونُ الْمُؤْمِنُ جَباناً؟ قالَ: نَعَم. قِيلَ: وَ يَكُونُ كَذّاباً؟ قالَ: لا

“Mömin qorxaq ola bilərmi?” Buyurdu: “Bəli!” Soruşdular: “Yalançı necə?” Buyurdu: “Xeyr!”

İmam Əli (ə) buyurur:

جانِبوُا الْكَذِبَ فَاِنَّهُ يُجانِبُ الْايمانَ

“Yalan danışmaqdan çəkinin. Çünki yalan imana qarşıdır.”

İmam Baqirdən (ə) belə nəql olunur:

اِنَّ الْكَذِبَ هُوَ خَرابُالْاِيمْانِ

“Həqiqətən də, yalan imanı məhv edir.”

3. Yalan küfr və nifaqa şərait yaradır:

Yalançılıq insan qəlbinə küfr və nifaq toxumu səpir. Yalançı insanın qəlbində imandan əsər-əlamət qalmadığı zaman, ona küfr və nifaq hücum edir. Bir gün bir şəxs Peyğəmbəri-Əkrəmin (s) hüzuruna gələrək deyir:

يا رَسُولَ اللّهِ ما عَمَلُ اَهْلِ النّارِ؟ قالَ النَّبىُّ(ص): اَلْكَذِبُ، اِذا كَذَبَ الْعَبْدُ فَجَرَ وَ اِذا فَجَرَ كَفَرَ وَ اِذا كَفَرَ دَخَلَ النّارَ

“Ey Allahın Rəsulu! Cəhənnəm əhlinin peşəsi nədir?” Peyğəmbər (s) buyurur: “Yalan! İnsanlar yalan danışarkən fasiq, fasiq olduqları zaman kafir, kafir olduqları zaman isə cəhənnəmə atılarlar.”

İmam Əli (ə) buyurur:

اَلْكِذْبُ يُؤَدّى اِلَى النِّفاقِ

“Yalan insanı nifaqa sürükləyir.”

İmam Sadiqin (ə) Peyğəmbəri-Əkrəmdən (s) nəql etdiyi hədisdə belə buyurulur:

ثَلاثٌ مَنْ كُنَّ فيهِ كانَ مُنافِقآ وَ اِنْ صامَ وَ صَلىّ وَ زَعَمَ اَنَّهُ مُسْلِمٌ، 1. مَنْ اِذَا ائْتُمِنَ خانَ 2. وَاِذا حَدَّثَ كَذَبَ .3 وَ اِذا وَعَدَ اَخْلَف

“İnsan hətta namaz qılıb oruc tutsa belə, bu üç xüsusiyyətə malikdirsə münafiq və ikiüzlüdür: 1. əmanəti qəbul etdiyi zaman xəyanət edərsə; 2. yalan danışarsa; 3. əhd-peymanına sadiq qalmazsa.”

4. Yalan mürüvvət və comərdlik hisslərini zəiflədir:

Peyğəmbəri-Əkrəm (s) buyurur:

اَقَلُّ النّاسِ مُرُوَّةً مَنْ كانَ كاذِبآ

“Yalançı şəxsdə comərdlik hamıdan azdır.”

İmam Əli (ə) buyurur:

مَنْ كَذَبَ اَفْسَدَ مُرُوَّتَه

“Yalan danışan öz mürüvvətini itirər.”

O həzrət başqa bir yerdə buyurur:

لا يَجْتَمِعُ الْكِذْبَ وَ الْمُرُوءَةُ

“Yalanla comərdlik bir yerə sığmaz.”

5. Yalan unutqanlıq gətirir və yalançının dedikləri yadında qalmaz:

İmam Sadiq (ə) buyurur:

اِنَّ مِمّا اَعانَ اللّهُ بِهِ عَلَى الْكَذّابينَ، النِّسْيان

“Doğrudan da, Allah-Taala yalançıları unutqanlıqla cəzalandırır.”

6. Yalan insanın ictimai mövqeyini itirir:

Yalançıya etibar olunmaz və ona etimadla yanaşılmaz. İnsanın qiyməti ona olunan hörmət və etimaddan irəli gəlir. Şəxsiyyətli adamın dəyəri onun xüsusi imic və etimadına bağlıdır. Etibarsızlaşmaq isə insanın ictimai dəyərini məhv edir. Bunun da ən böyük səbəbi yalançılıqdır. İmam Əli (ə) buyurur:

اَلْكَذّابُ وَ الْمَيِّتُ سَواءٌ فَاِنَّ فَضيلَةَ الْحَىِّ عَلَى الْمَيِّتِ الثِّقَةُ بِهِ فَاِذا لَمْ يوُثَقْ بِكَلامِهِ بَطَلَتْ حَياتُهُ

“Yalançı ilə ölmüş adam arasında fərq yoxdur. Ona görə ki, ölüdən üstün olmağın meyarı etimadlı olmaqdır. Əgər camaat yalançıya etibar etmirsə, onda onun yaşaması da əhəmiyyətsizdir.”

İmam Sadiq (ə) İsa peyğəmbərin (ə) belə buyurduğunu nəql edir:

مَنْ كَثُرَ كَذَبُهُ، ذَهَبَ بَهاءُه

“Çoxlu yalan danışan adamın Allah-Taala dərgahında və Onun məxluqları qarşısında dəyəri puç olur."

İmam Əli (ə) buyurur:

يَنْبَغى لِلرَّجُلِ الْمُسْلِمِ اَنْ يَجْتَنِبَ مُؤاخاةَ الْكَذّابِ فَاِنَّهُ يَكْذِبُ حَتّى يَجىَ بِالصِّدْقِ فَلا يُصَدَّق

“Müsəlman kəs yalançılarla dostluqdan çəkinməlidir. Çünki yalançılar o qədər yalan danışırlar ki, doğru danışsalar belə, heç kəs onlara inanmaz.”[12]

7. Yalan fəqirlik və kasıbçılıq gətirir:

İmam Əlidən (ə) belə nəql olunur:

... وَ اعْتِيادُ الْكَذِبِ يوُرِثُ الْفَقْرَ

“Yalançılığa adət etmək fəqirlik gətirər.”

8. Yalan danlaq və peşmançılıqla nəticələnir:

İmam Əli (ə) buyurur:

عاقِبَةُ الْكِذْبِ مَلامَةٌ وَ نِدامَةٌ

“Yalanın sonu danlaq və peşmançılıqdır.”

9. Yalan həya pərdələrini yırtır:

İnsanlığın əsl mahiyyəti və dəyərlərini dərk etməyən insan yalan danışmağa adət edir və sonda həyasızlaşır. Təqvalıların mövlası imam Əli (ə) buyurur:

لا حَياءَ لِكَذّابٍ

“Yalançının həyası olmaz.”

Yalanın digər acı nəticələri də vardır ki, sonda yalançı ilahi əzaba layiq görülür. İmam Əli (ə) buyurur:

ثَمَرَةُ الْكِذْبِ الْمَهانَةُ فِى الدُّنْيا وَ الْعَذابُ فِى الْآخِرَةِ

“Yalanın meyvəsi bu dünyda alçaqlıq, axirətdə isə əzabdır.”

GÜNÜN MANŞETLERİ

Ailədə gözəl əxlaq
DİN

Ailədə gözəl əxlaq

3.02.2023 18:03:51
Son sutkadakı yoluxma sayı açıqlanıb
ÖLKƏ / SƏHİYYƏ

Son sutkadakı yoluxma sayı açıqlanıb

3.02.2023 17:47:06
Kərbəladan gözəl görüntülər - FOTO
DÜNYA / İSLAM DÜNYASI

Kərbəladan gözəl görüntülər - FOTO

3.02.2023 16:05:58
Tarif Şurasının səlahiyyətləri artırılıb
ÖLKƏ / SİYASƏT

Tarif Şurasının səlahiyyətləri artırılıb

3.02.2023 14:28:43