Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı artıb

Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı artıb
Yayınlanma tarixi: 9.01.2024 16:15:53

Yaponiyanın mərkəzi hissəsindəki İsikava prefekturası sahillərində yanvarın 1-də baş verən 7,6 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 202 nəfərə çatıb.

İslamazeri.com xəbər verir ki, İsikava əyalətinin qubernatorluğundan verilən açıqlamada ayın ilk günlərində baş verən çoxsaylı zəlzələlərdə həyatını itirənlərin sayının 202 nəfərə yüksəldiyi bildirilib.

Açıqlamada ştat üzrə 28 mindən çox insanın təxliyyə məntəqəsində qaldığı, 3 min 300 nəfərin isə bağlı yollar səbəbindən qapalı vəziyyətdə qaldığı bildirilib.

Yaponiyada iki həftəlik rəsmi tətildən sonra ölkə daxilində rəsmi təhsil yanvarın 9-da başlasa da, İsikavadakı 80-dən çox məktəbdə dərslər başlaya bilməyib.

Qeyd olunub ki, dərslərin başlaması mümkün olmayan məktəblərə zəlzələ zamanı ziyan dəyib.

Nazirlər Kabineti regionun bərpası üçün 2023-cü maliyyə ilindən etibarən 4,7 milyard yen (33 milyon dollar) maliyyə vəsaitinin ayrılmasını təsdiqləyib.

Qeyd edək ki, Yaponiya Meteorologiya İdarəsi yanvarın 1, 2, 3 və 4-də İsikavanın Noto yarımadasında və sahillərində 4-7 bal gücündə zəlzələlərin baş verdiyini bildirib.

GÜNÜN MANŞETLERİ