Yəmən hərbi mediası bu gün saat 15:30-da Britaniyaya məxsus “Marlin Luanda” gəmisinin hədəfə alınması əməliyyatı ilə bağlı yeni detalları açıqlayacağını elan edib.
İslamazeri.com xəbər verir ki, məlumata görə, açıqlama əməliyyatın həyata keçirilməsindən bir il sonra veriləcək.
Bildirilib ki, sözügedən əməliyyat həmin dövrdə ABŞ və Böyük Britaniyanın hücumlarına cavab olaraq Yəmən silahlı qüvvələri tərəfindən həyata keçirilən dəniz hərbi əməliyyatları çərçivəsində icra olunub. Bu hücumların məqsədi Yəmənin Qəzza zolağına dəstək məqsədilə sionistlərə məxsus gəmilərə qarşı həyata keçirdiyi əməliyyatların qarşısını almaq olub.
Açıqlamada vurğulanıb ki, “Marlin Luanda” gəmisinin hədəfə alınması Yəmən silahlı qüvvələrinin düşmənin strateji obyektlərinə qarşı yüksək dəqiqlikli əməliyyatlar həyata keçirmək qabiliyyətini nümayiş etdirir. Eyni zamanda, əməliyyatın bütün mərhələlərinin sənədləşdirildiyi və ictimaiyyətə real vəziyyəti, eləcə də əldə olunan nəticələri aydın şəkildə təqdim etmək məqsədi daşıdığı qeyd olunub.