Yəmən İsrail və ABŞ gəmilərini hədəfə alıb

Yəmən İsrail və ABŞ gəmilərini hədəfə alıb
Yayınlanma tarixi: 7.03.2024 14:31:32

"Bu ölkənin donanması Ərəbistan dənizində MSC SKY sionist gəmisini və Qırmızı dənizdə bir çox Amerika gəmisini hədəfə ala bilib."

İslamazeri.com xəbər verir ki, bunu Yəmən Ordusunun sözcüsü Yəhya Səri bildirib.

 Qeyd olunur ki, bu əməliyyat müvafiq sayda dəniz torpedalarından istifadə edilməklə həyata keçirilib və Allahın köməkliyi ilə bu torpedalar hədəfi dəqiqliklə vurub.

Bu gəmilər Qırmızı dənizdə bir neçə ABŞ gəmisinə qarşı ballistik raketlər və pilotsuz uçuş aparatlarından istifadə edilən əməliyyatdan bir neçə saat sonra hədəfə alınıb.

Qəzzada müharibə və mühasirə bitənə qədər İsrail gəmilərinin və ya işğal olunmuş Fələstin limanlarına gedən gəmilərin hərəkətini əngəlləməyə davam edəcəyimizi vurğulayırıq.

Yəmənin müdafiəsi və Fələstinə dəstək məqsədilə Qırmızı dəniz və Ərəbistan dənizindəki bütün düşmən hədəflərə qarşı bundan sonra da hərbi əməliyyatlar keçirməkdən çəkinməyəcəyik.

Bu 2 əməliyyatla döyüş gəmilərini və qeyri-döyüş gəmilərini eyni vaxtda hədəf alma gücümüzü sübut etdik.

Qəzzada müharibə və mühasirə bitmədikcə, Qırmızı dəniz, Oman dənizi, Ədən körfəzi və Bab əl-Məndəb boğazında əməliyyatlarımız getdikcə davam edəcək.

GÜNÜN MANŞETLERİ